SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Türk torpaqlarında NAMƏLUM PARTLAYIŞ: Rusiya və Amerikanın raketləri...
CƏMİYYƏT 14:04 / 01.07.2019

Şimali Kipr Türk Respublikasında (ŞKTR) güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, paytaxt Lefkoşa və Qirne arasında yerləşən Daşkənd bölgəsində səbəbi məlum olmayan partlayış meydana gəlib.

Partlayış göydən naməlum cismin düşməsindən sonra olub. Daha sonra yanğın başlayıb.

Təhlükəsizlik qüvvələri əraziyə kimsənin yaxınlaşmasına icazı vermir.

ŞKTR-nin Xarici işlər naziri və Baş nazirin köməkçisi Kudret Özersay tvitterdən verdiyi açıqlamada bildirib ki, partlayışın səbəbi hərbi sursat, helikopter və ya bənzər uçuş aparatı deyil. Hadisə yerində polis və fövqəladə hallar briqadası analiz aparır.

İddia olunur ki, partlayış pilotsuz uçuş aparatının qəzaya uğraması nəticəsində meydana gəlib. Lakin rəsmi mənbələr bu bilgini təsdiqləmir.

Ölkə prezidenti Mustafa Akıncı hadisə yerinə baş çəkib. Səlahiyyətli şəxslərdən bilgi aldığını deyən prezident bildirib ki, böyük bir parça üzərində aparılan analizlər naməlum cismin raket ola biləcəyinə işarə verir: "Hadisə şahidləri partlayışın havada baş verdiyini deyir. Komandirlərlə danışdıq. Ölkə xaricindən bir cismin daxil olduğunu deyiblər. Hava açılanda daha yaxşı anlayacağıq”.

Jurnalistlərdən biri "tapılan cismin üzərində rus dilində yazılar olduğu deyilir” sualına Akıncı belə cavab verib: "Elə yazılar olduğu deyilir. Bölgədə hər növ silah var. Rusiyanın da, Amerikanın da. Əgər bir raketdirsə, rus raketlərindən ola bilər. Lakin bu, dəqiq deyil”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.