SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Tramp Kimlə görüşdü və Şimali Koreya ərazisinə ayaq basan ilk ABŞ prezidenti oldu - VİDEO
CƏMİYYƏT 11:16 / 02.07.2019

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Şimali və Cənubi Koreyalar arasındakı sərhədin demilitarizasiya zonasında görüşüblər.

XəzərXəbər xaarici mediaya istinadən xəbər veri ki, Tramp Şimali Koreya ərazisinə ayaq basıb və o bu addımı atan ilk ABŞ prezidenti olub. Sonra, hər iki lider Cənubi Koreya ərazinə keçiblər.

Cənubi Koreya ərazisində Tramp və Kim daha öncə ayrılmış ailələrin görüşdüyü, indi isə əsasən turistlərin ziyarət etdiyi "Azadlıq Evi” adlanan yerə daxil olublar. Orada onlar danışıqlar keçiriblər. Görüşdə Cənubi Koreya prezidenti Mun Cae İn də iştirak edib.

Şimali Koreya lideri görüş zamanı Trampa Pxenyanı ziyarət etməyi təklif edib. Cavabında isə Tramp Kimi ABŞ-a dəvət etməyə hazır olduğunu deyib.

Tramp görüşün çox yaxşı keçdiyini deyib. Sanksiyalara məsələsinə gəlincə, Tramp onların ləğvi edilməyəcəyini deyib: "Şimali Koreyaya sanksiyalar qalır. Ləğv etməyi dörd gözlə gözləyirəm. Bu ölkəyə sanksiyalara tətbiq etməyi xoşlamıram, amma sanksiyalar ləğv edilmir”.

Şimali Koreya lideri Kim isə Trampın bu açıqlamsından təəccübləndiyini deyib.

Bu, Tramp və Kim arasında keçirilən üçüncü görüş idi. Bu günlərdə ABŞ prezidenti Twitter vasitəsilə Şimali Koreya liderinə sərhədin demilitarizasiya zonasında görüşmək və əl sıxmaq təklifi ünvanlamışdı. ABŞ prezidentinin sözlərinə görə, Şimali Koreya lideri daha öncə bu cür görüşün keçirilməsinin faydalı ola biləcəyini qeyd etmişdi.

Amerikalı diplomatların bildirdiyinə görə, görüş dalana düşmüş Koreya yarımadasının nüvəsizləşdirilməsi danışıqlarının bərpasına kömək edə bilər.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.