SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Komitə sədri: Son tikinti layihələri normalara tam uyğundur
CƏMİYYƏT 22:42 / 02.07.2019

Son aylar ərzində Azərbaycanda 212 tikinti layihəsi təsdiq edilib.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev "Caspian European Club” və "Caspian American Club” çərçivəsində keçirilən biznes-forumda pilot layihələrdə normativ sənədlərlə bağlı tikintilərin dayandırılmasına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, mövcud qanunvericilik çərçivəsində tikintiyə icazə icraatı həyata keçirilir:

"Son aylar ərzində 212 tikinti layihəsi təsdiq edilib. Onların böyük hissəsi Bakı şəhəri ərazisinə düşür. 212 layihə ilə təqribən 1 milyon 800 min kvadrat metr tikintinin planlaşdırılması nəzərdə tutulur. Bir milyon kvadrat metrdən çox tikinti isə Bakının payına düşür”.

S.Nuriyev qeyd edib ki, əsas məqsəd şəhərsalma norma və normativlərinə uyğun layihələrin həyata keçirilməsidir:

"Artıq iş adamları tərəfindən son aylarda təqdim edilən layihələr həmin normalara tam uyğundur və layihələr getdikcə həm şəhərsalma, həm də memarlıq baxımından keyfiyyətcə daha da yüksəlir. Bu sahədə artıq pozitiv dinamika mövcuddur. Düşünürəm ki, bu layihələrin sayı artacaq”


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.