SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
Bakıda bağban həkim və arvadını öldürdü, indi isə...
CƏMİYYƏT 09:15 / 03.07.2019

Bakı Apelyasiya Məhkəməsində iki nəfəri qətlə yetirməkdə təqsirli bilinən İlqar Xancanovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da təmin edilməyib.

Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanıb.

İttihama görə, ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Tanınmış həkim A.Şuşalı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xancanov ömürlük azadlıqdan məhrum edilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.