SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
Zorla xalası oğluna ərə verildi, toy günü təcavüzə uğradı, sonra... - TÜKÜRPƏDƏN OLAY
CƏMİYYƏT 14:38 / 03.07.2019

Türkiyənin İstanbul şəhərində tükürpədən hadis baş verib.

Publika.az xəbər verir ki, Aynur Y. adlı 26 yaşlı qadın məcburi şəkildə 31 yaşlı xalası oğlu Yakub Y. ilə evləndirilib.

Dini nikahla xalası oğlunun evinə aparılan Aynur Y. özünü ikinci mərtəbədən ataraq intihara cəhd edib. Lakin xalasıoğlu onu yaralı olduğu halda xəstəxanaya aparmaq yerinə, evə gətirərək təcavüz edib.

Hadisənin səhəri günü anası onu həkimə aparmaq üçün bayıra çıxarıb. Avtobusa mindikdən sonra Aynur Y. qışqıraraq ətrafdakılardan yardım istəyib. Polis hadisədən xəbər tutub və onu sığınacağa yerləşdirib.

Aynur Y. xalası oğlundan bir neçə dəfə polisə şikayət etsə də, daha sonra ərizəsini geri götürməyə məcbur olub. Xalası oğlu isə bildirib ki, Aynur onu insan cildində deyil, əcaib varlıqlar formasında gördüyünü deyir.

İstanbul Baş Prokurorluğu Aynur Y.-nın ifadəsinə əsasən, cinsi təcavüz ittihamı ilə 31 yaşlı Yakub Y. haqqında həbs qərarı çıxarıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.