SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
Elmar Məmmədyarov Peruya işgüzar səfərə yola düşüb
CƏMİYYƏT 16:49 / 03.07.2019
Xarici İşlər naziri Elmar Məmmədyarov Peru Respublikasının paytaxtı Lima şəhərinə işgüzar səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Peru Respublikasının Xarici İşlər naziri Nestor Popolizio Bordalesin dəvətilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Lima şəhərinə yola düşüb.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarov 5-6 iyul tarixlərində Lima şəhərində keçiriləcək "Sakit okean Alyansı"na üzv ölkələrin (Meksika, Kolumbiya, Peru və Çili) Prezidentlərinin və müşahidəçi ölkələrin rəsmilərinin 14-cü Zirvə Görüşündə iştirak edəcək.

Zirvə görüşü çərçivəsində təşkilatın müşahidəçi ölkələri üçün işçi masanın təşkil olunması və üzv ölkələrlə müşahidəçi statusuna malik ölkələr arasında nəqliyyat, innovasiya və yüksək texnologiyalar, mədəniyyət, turizm, təhsil, tibb, ətraf mühit və digər sahələr üzrə əməkdaşlıq imkanlarının ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdirilməsi, eləcə də ticarət əlaqələrinin gücləndirilməsi imkanlarının müzakirə edilməsi nəzərdə tutulur.

Sakit okean Alyansının Zirvə görüşündə müşahidəçi ölkələr ilə yanaşı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Avropa İttifaqı, ATƏT və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təşkilatların nümayəndələrinin iştirak edəcəyi gözlənilir

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.