SON XƏBƏRLƏR
17 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Trampın qızı sammitdə özünü biabır etdi - VİDEO
CƏMİYYƏT 19:02 / 03.07.2019

Yaponiyanın Osaka şəhərində keçirilən G-20 sammitində ABŞ prezidenti Donald Trampın qızı İvanka da ortada çox görünüb. Onun davranışı sosial şəbəkələrdə, dünya mediasında ciddi tənqid olunub.

İvanka Tramp liderlərlə söhbətlərdə siyasi savadsızlıq nümayiş etdirib. Prezidentin qızı hər imkandaca dövlət başçılarına yaxınlaşır, nəsə deyirmiş. Videolardan birində açıq görünür ki, Böyük Britaniyanın baş naziri Tereza Mey, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard onun nə dediyini anlamırlar.

Sosial şəbəkələrdə İvanka ilə bağlı çoxlu kollaj ediblər. O, bir çox məşhur fotolara yamaq olunub. Məsələn, onu ABŞ-ın 35-ci prezidenti Con Kennedinin, məşhur üçlüyün – İosif Stalinin, Franklin Ruzveltin, Uinston Çörçillin Yalta görüşünün, Ronald Reyqanla Mixail Qorbaçovun üz-üzə söhbətinin fotolarına "yerləşdiriblər”. Bununla İvankanın hər şeyə burnunu soxduğuna işarə vurublar. Fotolardan birində prezidentin qızı hətta həyat yoldaşının əlindən tutan şahzadə Harrinin "qoluna girib”.

İvanka Trampın sammitdə iştirakını ABŞ nümayəndə palatasının üzvü Aleksandriya Okasio-Kortes də tənqid edib: "Kiminsə qızı olmaq vəzifə deyil”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.