SON XƏBƏRLƏR
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Amerikalı milyarder və ailəsinin FACİƏLİ SONU - Bu gün səhər saatlarında... (YENİLƏNDİ)
CƏMİYYƏT 12:48 / 05.07.2019
Baham adalarında helikopterin qəzaya uğraması nəticəsində həlak olan 7 nəfərin arasında kömür maqnati, amerikalı milyarder Kris Klaynın da olduğu qeyd edilir.

Trend-in məlumatına görə, qəza helikopter ABŞ-a uçarkən baş verib. Helikopter səhər saatlarında havaya qalxıb. Qəza ilə bağlı məlumatı Baham adalarının polis nümayəndələri təsdiq edib.

Milyarderin 62 yaşını qeyd etmək ərəfəsində ailəsi ilə birlikdə səfərə çıxdığı bildirilir. Helikopterdən heç kim sağ çıxmayıb. Sudan çıxarılan meyitlər arasında maqnatın ailə üzvlərinin olması təsdiqlənib. Milyarderin meyitini isə dostları tanıyıblar.

K.Klaynın 2000-ci illərin əvvəllərində kömür hasilatı biznesində uğur qazandığı və böyük sərvət topladığı məlumdur. "Forbes" nəşrinin məlumatına görə, onun var-dövləti 1,8 milyard dollar təşkil edir.

Helikopterin hansı səbəbdən qəzaya uğraması isə hələ məlum deyil. Faktla bağlı araşdırma başlayıb.

***

Baham adalarında ABŞ-a uçan helikopter qəzaya uğrayıb.

Bu barədə "Associated Press” xəbər verib.

Bildirilir ki, hadisə zamanı 7 nəfər həlak olub. Baham adaları polisinin nümayəndəsi faktı təsdiqləyib.

Məlumata görə, helikopter Florida ştatının Fort-Loderdeyl şəhərinə uçurmuş. Helikopter səmaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb. Ölənlərin hamısı ABŞ vətəndaşlarıdır.

"BNO News"un məlumatına görə, həlak olanlar arasında ABŞ milyarderi, kömür maqnatı Kris Klayn da var. O, Baham adalarına 62 yaşını qeyd etmək üçün uçurmuş. Mərhum milyarderin sərvəti 1,8 milyard dollar məbləğində qiymətləndirilir. (Report)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.