SON XƏBƏRLƏR
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Azərbaycanda bu nazirlik - YENİ SİSTEM YARADIR
CƏMİYYƏT 13:17 / 05.07.2019
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tender keçirir.Anews.azxəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması ilə bağlı texniki tapşırığın hazırlanmasından ötrü məsləhət xidmətlərinin göstərilməsi üçün bu sahədə böyük təcrübəyə malik şirkətlərin cəlb edilməsi məqsədilə açıq tender elan edir.

Tenderin predmeti – Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması ilə bağlı – texniki tapşırığın hazırlanması üçün məsləhət xidmətlərinin göstərilməsi.

Tender proseduru 27 avqust 2019-cu il saat 11.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində (III mərtəbə, 338-ci otaq) keçiriləcək.

Tenderdə iştirak üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün ərizə;
İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

Tender təklifləri 26 avqust 2019-cu il saat 11.00-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinə təqdim olunmalıdır.
Tenderin predmeti üzrə məsləhətçinin maliyyə və İKT sahəsində təcrübəsi olan və texniki tapşırıqların hazırlanmasında, proqram təminatları və sistemlər üzrə məsləhət xidmətlərinin göstərilməsində, maliyyə-iqtisadiyyat və İKT ilə bağlı təhlillərdə ən azı 3 illik təcrübəyə malik olan, məsləhətçinin digər layihələrdə tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirildiyini göstərən sənədlərin təsdiqlədiyi tamamlanmış ən azı 5 uğurlu layihə-tapşırığına bənzər təcrübəyə sahib olan, komandada risk, vergi, maliyyə və İKT sahəsində geniş təcrübəyə malik üzvlər aidiyyəti sahələrdə qanunvericilik və normativlərlə tanış və layihə idarə edilməsində təcrübəyə malik "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər.

Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını və işin icra yerini göstərməlidir.

İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.
İddiaçı təqdim etdiyi sənədlərdə özü haqqında aşağıdakı məlumatları bildirməlidir:
İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat;
-iddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-malik olduğu beynəlxalq sertifikatların əsli və surəti (sertifikatın əsli onun surəti ilə üzləşdirildikdən sonra iddiaçıya qaytarılacaqdır).
İddiaçı təklifin dəyərinin 1 (bir) faizi həcmində bank təminatı təqdim etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən keçirilən tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 300 (üç yüz) manat ödədikdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər.

Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün 2019-cu il iyulun 5-dən avqustun 25-i saat 10.00-dan 17.00-dək (fasilə saat 13.00-dan 14.00-dək) əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin sektor müdiri Şaban Abdullayevə müraciət etmək olar.
Ünvan- Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1022, S.Vurğun küçəsi 135, III mərtəbə, 336-cı otaq
Telefon- (99412) 404-46-99 (daxili 271); faks (99412) 404-47-20/21
[email protected]
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.