SON XƏBƏRLƏR
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
09 Noyabr 2019
Dəhşətli zəlzələ baş verdi: elektrik, qaz kəsildi, yanğın çıxdı, 29 min insan... - FOTO
DÜNYA 14:47 / 05.07.2019

Ötən gün ABŞ-ın Kaliforniya ştatında meydana gələn 6,4 bal gücündə zəlzələdən sonra bölgədə fövqəladə vəziyyət elan olunub.

Publika.azxəbər verir ki, son 20 ilin ən dəhşətli yeraltı təkanları ilə sarsılan Kern bölgəsində qaz xətləri qırılıb. Nəticədə, bir neçə yerdə yanğın meydana gəlib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, zəlzələdən sonra ən az 2,5 bal gücündə 159 avterşok da yaranıb. Ən yüksək avterşok 4,5 bal gücündə olub.

Havanın temperaturunun 40 dərəcəyə yaxınlaşdığı bölgədə 29 minə yaxın insan elektriksiz qalıb. Kern bölgəsinin fövqəladə hallar qurumunun sosial media hesabından verilən məlumata görə, Ridqecrest bölgə xəstəxanası təxliyə olunub.

Yollar və hündürmərtəbəli binalarda çatlaqlar meydana gəlib, dağlardan iri qaya parçaları qoparaq ətrafa səpələnib.

Zəlzələ Las Veqasdan Sakit okeanına qədər bütün Cənubi Kaliforniyada hiss olunub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.