SON XƏBƏRLƏR
23 Sentyabr 2019
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
Qadın itkin düşmüş ərini "TikTok"da tapdı
CƏMİYYƏT 20:55 / 06.07.2019

Bütün bu illər ərzində Sureş başqa şəhərdə mexanik işləyib və burada yerli trans-qadınla onun arasında münasibət yaranıb

Ərinin bir neçə ildir itkin düşdüyünü hesab edən hindistanlı qadın onu sosial şəbəkələrdə yayılmış videoda tapıb.

Sputnik Azərbaycan"Insider" nəşrinə istinadən xəbər verir ki, Cayapradha adlı qadının həyat yoldaşı Sureş 2016-cı ildə məişət zəminində baş vermiş münaqişədən sonra arvadını və iki uşağını ataraq yoxa çıxıb.

Qadın ərinin tapılması üçün polisə müraciət edib, lakin Sureşi tapmaq mümkün olmayıb və o, itkin elan edilib.

Lakin üç il sonra Cayapradhanın qohumlarından biri "TikTok" tətbiqində videoları izləyərkən Sureşi tapıb. Qadın da həmin adamın itkin düşmüş ərinin olduğunu təsdiqləyib.

Bildirilir ki, bütün bu illər ərzində Sureş başqa şəhərdə mexanik işləyib və burada yerli trans-qadınla onun arasında münasibət yaranıb.

Cayapradha və Sureşin yenidən bir-birlərinə qovuşduğu bildirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.