SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Gürcü aparıcı efirdə Putini təhqir etdi: Prezident Zurabişvili və Baş nazirdən açıqlamalar
CƏMİYYƏT 12:43 / 08.07.2019

Gürcüstanın "Rustavi-2” telekanalında yayımlanan "P.S.” müəllif verilişinin aparıcısı Gergi Qabuniya efirdə Rusiya Prezidenti Vladimir Putini təhqir edib.

"RİA Novosti” xəbər verir ki, aparıcının bu hərəkəti siyasi gərginliyə səbəb olub.

Artıq məsələ ilə bağlı Gürcüstanın Baş naziri Mamuka Baxtadze və Prezident Salome Zurabişvili açıqlama veriblər.

Hökumət rəhbəri Qabuniyanı provakasiyada və xalqlar arasında nifaq toxumu səpməkdə günahlandıraraq tənqid edib.

Dövlət başçısı Zurabişvili isə vətənpərvərliklə aqressiv yanaşmanın bir-birinə uyğun olmadığını, bu cür çıxışların stabilliyin pozulmasına səbəb olma ehtimalını və iki ölkə arasında onsuz da gərgin olan münasibətlərin daha da pozulmasına xidmət etdiyini vurğulayıb. O, dövlət olaraq yollarının sülh yolu olduğunu deyib.

Maraqlıdır ki, "Rustavi-2” telekanalının rəhbəri Nika Qvaramiya əməkdaşını müdafiə edib: "Mən bu çıxış üçün üzr istəməyi düşünmürəm. Amma düşünürəm ki, hər nə qədər müəllif verilişi olsa da, efirdə senzuradan kənar ifadələr işlətmək doğru deyil”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.