SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
“Ağ çiçəyim” yanıb kül oldu - YENİLƏNİB + FOTO/VİDEO
CƏMİYYƏT 13:15 / 08.07.2019

Qara Qarayev prospekti, "Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında yerləşən "Ağ çiçəyim” gül mağazasındakı yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansarda yığılan əşyalar 70 m² sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, bu, ilin əvvəlindən Nizami rayonunda yerləşən mağazalarda baş verən üçüncü yanğındır. Bundan öncə - martın 26-da "Diqlas” ticarət mərkəzi, iyunun 23-də isə "X-Lady” mağazasında güclü yanğın olub.

08:48

Bir qədər əvvəl Qara Qarayev prospekti, "Xalqlar dostluğu” metro stansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bununla əlaqədar əraziyə yanğınsöndürmə və digər operativ nəqliyyat vasitələri cəlb edilib.

Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, bu səbəbdən prospektin bu hissəsində sıxlıq var.

Qeyd edək ki, bu, ilin əvvəlindən Nizami rayonunda mağazalarda baş verən üçüncü yanğındır. Bundan öncə "Diqlas” və "X-Lady” mağazalarında da güclü yanğın olub. 


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.