SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Hafiz Paşayev: Azərbaycan diplomatiyası uzun və çətin yol qət edib
CƏMİYYƏT 14:47 / 08.07.2019

Azərbaycan diplomatiyası bugünkü səviyyəyə çatana kimi uzun və çətin yol qət edib.

Oxu.Az xəbər verir ki, bunu ADA Universitetinin rektoru, Xarici İşlər nazirinin müavini Hafiz Paşayev ali təhsil müəssisəsində "Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Bu il biz tarixi 9 iyul 1919-cu ildən başlayan Azərbaycan diplomatiyasının 100 illiyini qeyd edirik.

İlk diplomatımız Topçubaşov, Azərbaycanın beynəlxalq arenada tanınmasına böyük töhfələr verib. O zaman Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak edirdi. Diplomatlarımız Fransa vizasını əldə etmək üçün bir neçə ay İstanbulda yaşamağa məcbur oldular. Azərbaycan diplomatları o vaxt Parisdə ABŞ Prezidenti Vilson ilə görüşüblər. 

AXC tərəfindən irəli sürülən demokratiya, insan hüquqları və müstəqillik prinsipləri ABŞ-da qəbul edilmiş dəyərlərə çox yaxındır”, - H.Paşayev bildirib.

ADA-nın rektoru vurğulayıb ki, diplomatlarımızın Paris Sülh Konfransında iştirakı Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına rəvac verib.

Onun sözlərinə görə, bu gün də Azərbaycan rəhbərliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir:

"Biz hələ də Azərbaycanın beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi tanınması üçün çalışırıq. Heydər Əliyev bu işə qiymətli töhfə verib”.

H.Paşayev bildirib ki, onun rəhbərlik etdiyi ADA Universiteti beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edən peşəkar diplomatlar hazırlayır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.