SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Polis bölməsində şəhid ailəsinin üzvü döyülüb? - RƏSMİ AÇIQLAMA
CƏMİYYƏT 14:11 / 08.07.2019
Sosial şəbəkələrdə Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bölməsində şəhid ailəsinə təzyiq edilməsi ilə bağlı görüntülər yayılıb. Ailə üzvü Arzu Əliyeva iddia edir ki, polislər bölmədə ona ağır bədən xəsarətləri yetirib. Yayılan videogörüntülərdə də xanımın üzünün qan içində olduğu görünür.

Bakı Şəhər Baş Polis İdarəsi məsələyə reaksiya verib.

Qurumun Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, A.Əliyeva özü-özünə xəsarət yetirib:

"İyulun 6-da Arzu Əliyevanın oğlu 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis bölməsinə gətirilib.

Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilib.

Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş Cahangirovun anası, 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan Arzu Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirməklə, bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib. 

Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib və qol saatını sındırıb”.

Qurum rəsmisi onu da əlavə edib ki, bu videogörüntülər hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparılmadan əsassız yayılıb, iddialar dezinformasiyadır.

E.Hacıyevin sözlərinə görə, faktla bağlı toplanmış materiallar Xətai rayon prokurorluğuna göndərilib:

"Oğurluqda şübhəli bilinən Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.