SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Bu abidələrimiz də UNESCO-nun siyahısına salına bilər
CƏMİYYƏT 17:16 / 08.07.2019

Atəşgah, Naxçıvandakı türbələr, Xəzər sahilindəki tarixi istehkamların da gələcəkdə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması üçün işlər görüləcək.

Mədəniyyət Nazirliyinin məlumatına əsasən, ölkəmizin mədəni irs nümunələrinin UNESCO siyahısında sayı bundan sonra da artacaq:

"Ölkəmizdə beynəlxalq miqyasda tanınmasını gözləyən hələ çox mədəni irs obyektləri (Atəşgah, Naxçıvandakı türbələr, Xəzər sahilindəki tarixi istehkamlar və s.) var. Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl iş sayəsində ölkəmizin mədəni irs nümunələrinin UNESCO siyahısında sayı bundan sonra da artacaq”.

Qeyd edək ki, iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi mərkəzinin Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınması haqqında qəbul olunub.

2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhərin, 2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin UNESCO siyahısına daxil edilməsindən sonra bu, Azərbaycanın dünya xəzinəsində yer alan üçüncü mədəni irs məkanıdır.

Şəki şəhərinin tarixi mərkəzinin və Şəki Xan sarayının Ümumdünya İrs Siyahısına salınması Azərbaycanın UNESCO-da ardıcıl fəaliyyətinin, eləcə də ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin nəticəsidir.

Bu əlamətdar hadisə Azərbaycanın dünya mədəni-turistik xəritəsində beynəlxalq mövqelərini daha da möhkəmləndirir, həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq müstəvidə növbəti təsdiqidir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.