SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Qadın bir evdə yaşadığı sevgilisini bıçaqladı - Qısqanırmış
CƏMİYYƏT 23:20 / 08.07.2019

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə iyulun 7-də, 14:30 radələrində yaşanıb.

Məlumata görə, qəsəbənin İkinci massiv adlanan ərazisində, yeni tikilidə yaşayan 1991-ci il təvəllüdlü Günay Şahalı qızı Novruzova Abşeron rayon sakini 1989-cu il təvəllüdlü Mətləb Şahin oğlu Məhərrəmovu bıçaqlayıb.

M.Məhərrəmov xəstəxanaya aparılıb. Ona qarın nahiyəsinə nüfuz edən bıçaq xəsarəti diaqnozu qoyulub.

G.Novruzova saxlanılıb. Ona Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən şəxslər vətəndaş nikahında yaşayıb. Hadisə qısqanclıq zəminində törədilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.