SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
"Şəki ilə bağlı qərarın qəbul olunduğu sessiyaya sədrlik etmək mənim üçün şərəf idi"
CƏMİYYƏT 10:15 / 09.07.2019
Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına qəbul olunduğu sessiyaya sədrlik etmək mənim üçün böyük şərəf idi. Bu mədəni irs nümunəsinin Ümumdünya İrs Siyahısında yer alması Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfəyə beynəlxalq səviyyədə verilən qiymətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Braziliyanın UNESKO-dakı daimi nümayəndəsi Mariya Edileuza söyləyib.

Bu münasibətlə xalqımızı təbrik edən qonaq bunu Azərbaycanın böyük uğuru kimi dəyərləndirib. "Qədim tarixə malik Şəki Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Şəki Xan Sarayı təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur”, - deyə o əlavə edib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.