SON XƏBƏRLƏR
22 Noyabr 2019
21 Noyabr 2019
20 Noyabr 2019
19 Noyabr 2019
18 Noyabr 2019
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
Dünyada hər il 50 min qadın zorakılığın qurbanı olur
DÜNYA 01:41 / 09.07.2019
BMT-nin araşdırmalarına görə, dünyada hər il təxminən 50 min qadın həyat yoldaşı və ya ailə üzvlərinin zorakılığı nəticəsində həlak olur. 2017-ci ildə isə planetimizdə 87 min qadın qətlə yetirilib.

Bu məlumat BMT-nin Vyanada yerləşən Narkotiklər və Cinayətkarlıq İdarəsinin yaydığı hesabatda yer alıb. Hesabatda bildirilir ki, qətlə yetirilən qadınların mütləq əksəriyyəti hazırkı və ya keçmiş əri, ata, qardaş, ana, bacı və ya digər yaxın qohumlarının zorakılıq cinayətlərinin qurbanı olub. Həyat yoldaşları tərəfindən törədilən qətl əməllərinin digərlərindən əsas fərqi ondan ibarətdir ki, bu cinayətlər qəfil və affekt vəziyyətində deyil, uzun müddət davam edən məişət zorakılığı spiralının son nöqtəsini təşkil edir.

Hesabatda qeyd edilir ki, məişət zəminində törədilən cinayətlər zamanı ən çox qətl hadisəsi Asiya qitəsində olub. 2017-ci ildə burada təxminən 20 min qadın və qız uşağı ailə üzvləri tərəfindən qətlə yetirilib. Sonrakı yerlərdə Afrika (19 min), Amerika (8 min), Avropa (3 min) və Okeaniya (300) dayanır.

Həmçinin göstərilir ki, 2017-ci ildə dünyada ümumilikdə 464 min insan adamöldürmə cinayət əməlinin qurbanı olub. Qətl və döyərək öldürmə cinayətləri nəticəsində dünyada ölən insanların sayı silahlı münaqişələrdə ölənlərdən çox olub. Rəsmi statistikaya görə, 2017-ci ildə silahlı münaqişələr nəticəsində dünyada 89 min insan həlak olub. (AZƏRTAC)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.