SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Yaponiya İranı nüvə razılaşmasının şərtlərinə əməl etməyə çağırıb
CƏMİYYƏT 11:47 / 09.07.2019
Yaponiya təkidlə İranı nüvə razılaşmasının şərtlərini pozmamağa çağırıb.

Bu barədə bəyanatla Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Yaşutoşi Nişimura ABŞ-ın yeni təhdidləri ilə əlaqədar Tehranın 2015-ci il razılaşması əsasında müəyyənləşdirilmiş uranın zənginləşdirilməsi limitini aşmaq barədə qərarını şərh edərkən çıxış edib.

Bildirilir ki, bu ərəfədə Tehran Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) iştirakçısı olan dövlətlərin İranın iqtisadi maraqlarının ABŞ sanksiyalarından qorunması barədə tələblərini 60 gün ərzində həyata keçirmədiklərinə görə nüvə razılaşması ilə əlaqədar öhdəliklərin ixtisarının ikinci mərhələsinin başlandığını elan edib. İranlılar bəyan ediblər ki, onlar nüvə razılaşmasında nəzərdə tutulduğu kimi, uranın 3,67 faiz səviyyəsindən yüksək dərəcədə zənginləşdirilməsi prosesinə başlayırlar. Bununla yanaşı, qeyd edilir ki, mövcud problemlər dialoq yolu ilə həllini tapmalıdır.

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində bildirib ki, İran heç zaman nüvə silahına malik ola bilməz və o, nüvə proqramı ilə bağlı verdiyi bəyanatlarda ehtiyatlı olmalıdır. ABŞ-ın dövlət katibi Maykl Pompeo da Tehrana yeni sanksiyalar və təcridolunma vəd edib.

Y.Nişimura deyib ki, Yaponiya Yaxın Şərqdə yayılmama və sabitlik sisteminin möhkəmlənməsinə xidmət edən nüvə razılaşmasını ardıcl şəkildə dəstəkləyir.

İran isə bu addımları ABŞ tərəfindən nüvə razılaşmasının pozulması və Vaşinqtonun Tehrana qarı sanksiyalar tətbiq etməsinə cavab olaraq atdığını, həmçinin HBFP ölkələrinin (Alamaniya, Fransa, Böyük Britaniya və Rusiya) mövcud problemi həll edə bilməməsi ilə əlaqələndirdiyini bildirib. (AZƏRTAC)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.