SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Gözlər Şəkidə: əhali bu günü bayram kimi qeyd edəcək - VİDEOREPORTAJ
CƏMİYYƏT 15:16 / 09.07.2019

Xəbərverdiyimiz kimi, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına salınıb. Bu barədə qərar UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında qəbul olunub.

Oxu.Az-ın bölgə müxbiri Şəkidən videoreportaj hazırlayıb, əhalinin təəssüratlarını öyrənib.

Şəkinin hər bir daşının tarix olduğunu deyən sakinlər bu qərara görə çox sevindiklərini bildirirlər.

Şəki Xan Sarayı, Şəkixanovların evi və digər tarixi abidələrin bərpasında iştirak edən şəbəkə ustaları - Rəsulovlar ailəsi də bu hadisə ilə qürur duyduqlarını söyləyirlər.

Azərbaycanın və Şəkinin uğuruna sevinənlər təkcə yerli sakinlər deyil. Qardaş ölkənin nümayəndələri də Azərbaycan tarixinə verilən dəyərə görə sevinc hissi yaşayırlar. Türkiyəli turistlər bunun təkcə Azərbaycan üçün yox, türk dünyası üçün də önəmli olduğunu deyirlər. Onlar Azərbaycan və bütün türk dünyasındakı şah əsərlərin UNESCO-nun mədəni irs siyahısına qəbul edilərək insanlıq mirası kimi gələcəyə ötürülməsini arzulayırlar.

"Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayevanın sözlərinə görə, mövcud tarixi abidələr vaxtaşarı təmir edilsə də, əsas diqqət və qayğı müstəqillik əldə olunandan sonra göstərilib. Qoruq rəsmisi ərazidə onlarla tarixi abidənin mövcud olduğunu deyir.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın Şəki şəhəri ilə bağlı irəli sürdüyü nominasiya qəbulu Şəki şəhərində bayram günü kimi qeyd olunacaq.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.