SON XƏBƏRLƏR
23 Sentyabr 2019
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
AKP Əli Babacanın partiyadan istefasına münasibət bildirib
CƏMİYYƏT 22:51 / 09.07.2019
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Əli Babacanın partiya üzvlüyündən istefa verməsinə münasibət bildirib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, AKP sədrinin müavini Numan Kurtulmuş Ə. Babacanın partiyadan istefasına hörmətlə yanaşdıqlarını bildirib.

AKP-nin parlament və bələdiyyə seçkilərində qalib gəldiyini xatırladan sədr müavininin sözlərinə görə, siyasi partiya yaratmaq elə də asan məsələ deyil: "Əlbəttə, kim istəsə, partiya yarada bilər. Bu, Əli Babacanın seçdiyi yoldur və biz buna hörmətlə yanaşmalıyıq”.

N. Kurtulmuş qeyd edib ki, AKP-nin bugünkü uğurlarının arxasında adları açıqlanmayan xeyli sayda insan var və onlar bu uğurlarda böyük pay sahibidirlər: "AKP güclü şəkildə fəaliyyətini davam etdirir, ona görə də kiminsə sıralarımızdan ayrılmasının partiyaya zərər verməyəcəyi qənaətindəyəm”.

Qeyd edək ki, Ə. Babacan ötən gün AKP üzvlüyündən istefa verib. AKP-nin qurucularından olan Ə. Babacanın sabiq prezident Abdulla Güllə birlikdə siyasi partiya təsis edəcəyi gözlənilir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.