SON XƏBƏRLƏR
23 Sentyabr 2019
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
Polis narkoman sürücünü sükan arxasında yaxaladı - FOTO
CƏMİYYƏT 06:25 / 10.07.2019

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücü aşkarlanıb. Eyni zamanda onun idarə etdiyi avtomobildən də narkotik vasitə aşkarlanıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, taksi kimi idarə etdiyi "Tofaş” markalı avtomobillə Bakıdan Astaraya sərnişin daşıyan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyən edilib. Həmçinin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Ə. Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən də narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



FOTOQALERIYA



    Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
    Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
    İctimai Birliyinin sədri Əsgər Məmmədov
    Tel: 012 566 28 48
    Mobil: 055 485 68 08
    İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.