SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
Dövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir
CƏMİYYƏT 08:26 / 10.07.2019
Dövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir.

Bununla bağlı "Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun layihəsinin 9-cu maddəsinə (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) dəyişiklik təklif edilir.

Sənədin 9-cu madəsinin 9.1-ci bəndinə təklif olunan dəyişikliklə, Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Konstitusiyada və "Dövlət Bayrağının təsvirinin təsdiq ediməsi haqqında” Konstitusiya Qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Sənədin hazırki variantı isə belədir: "Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır”.

Digər dəyişiklə isə sənədin 9.2-ci bəndi ləğv edilir.

Sənədin 9.2-ci bəndi isə belədir: "Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir”.

Layihəyə dəyişiklik təklifi Milli Məclisin iyulun 12-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. (APA)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.