SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
Ermənistan zülmətə qərq oldu
CƏMİYYƏT 16:16 / 10.07.2019

Ermənistan paytaxtı Yerevan şəhərinin elektrik təchizatında fasilə yaranıb.

"Sputnik Ermənistan” xəbər verir ki, buna səbəb elektrik sistemində qəza olub.

Belə ki, Yerevan İstilik Elektrik Stansiyasında və Razdan İstilik Elektrik Stansiyasının beşinci blokunda qəza baş verib. Hadisə nəticəsində Yerevan metrosunda qatarlar tuneldə qalıb, telefon şəbəkəsi və internetin işində problemlər yaranıb.

Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan "Facebook” hesabından bildirib ki, bütün ölkə ərazisində elektrik enerjisinin verilməsi dayandırıla bilər. Sosial şəbəkələrin Ermənistan seqmentində bildirilib ki, elektrik enerjisindəki fasilə təbii qazın əhaliyə verilməsində də problemlər yaradıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.