SON XƏBƏRLƏR
23 Sentyabr 2019
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
Şəki barədə mühüm sənədin qəbulunda İlham Əliyev və Mehriban Əliyevanın rolu - RƏY
CƏMİYYƏT 11:40 / 11.07.2019

Azərbaycanda əksər obyektlərin UNESCO-nun Ümumdünya İrs Siyahısına və Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının təşəbbüskarı ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadır.

Bunu Regioninfo.az-a açıqlamasında Milli Məclisin deputatı Yevda Abramov iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi mərkəzinin Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınmasını şərh edərkən deyib.

Y.Abramov qeyd edib ki, bu, Azərbaycanın mədəni və tarixi dəyərlərinin beynəlxalq səviyyədə təbliği işində Azərbaycanın Birinci xanımının fədakar işinin bariz təsdiqidir. Mehriban Əliyevanın səyləri nəticəsində muğam, Azərbaycan xalçaçılıq sənəti və s. də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Millət vəkili Şəkinintarixi hissəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını Azərbaycan xalqının böyük uğuru adlandırıb:

"Şəkinin tarixi mərkəzi və Şəki Xan Sarayı müəyyən gecikmə ilə siyahıya daxil edilib, çünki bu məsələ UNESCO qarşısında çoxdan qaldırılmışdı. Lakin təşkilatın öz prosedur qaydaları var”.

O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da mədəniyyət və tarixi abidələrin qorunması üzrə fəal iş görür:

"Mehriban Əliyevanın dünya mədəniyyətinin qorunmasına verdiyi töhfə əvəzsizdir. Bir çox hallarda onun sayəsində ölkəmizi təkcə Azərbaycanın neft ehtiyatları və iqtisadi inkişaf tempinə görə deyil, həm də xalqımızın mədəni və tarixi irsinin qorunması və təbliği üzrə işinə görə tanıyırlar”.

Deputatın sözlərinə görə, Mehriban Əliyevanın ümumdünya mədəni irsinin qorunmasında xidmətləri diqqətdən kənarda qalmayıb və təsadüfi deyil ki, birinci xanıma UNESCO-nun xoşməramlı səfiri adı verilib:

"Quba, İsmayıllı, Qəbələ rayonlarında da UNESCO-nun siyahısına salınmağa layiq hələ çox obyektimiz var. Naxçıvanda da Qafqaz Albaniyası mədəniyyətinə aid açılmayan sirlər qalır”.


Y.Abramov təəssüflə qeyd edib ki, ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan xalqının tarixi və mədəniyyət abidələrini məqsədyönlü şəkildə məhv etməyə davam edirlər:

"Bu məsələ mütəmadi olaraq UNESCO-da gündəmə gətirilir və burada da Mehriban Əliyevanın əvəzsiz xidməti var”.

Milli Məclisin deputatı Sabir Hacıyev isə Regioninfo.az-a bildirib ki, son illər ərzində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti sayəsində bir çox tarixi, görməli yerlər UNESCO-nun mədəni irs siyahısına salınıb:

"Bura İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan qayaüstü yazıları daxildir. Mehriban Əliyevanın aktiv fəaliyyəti sayəsində Azərbaycanda UNESCO-nun xətti ilə bir çox tədbirlər keçirilir. Ölkənin səlahiyyətli orqanları Azərbaycanın digər mədəniyyət və tarixi məkanlarının UNESCO-nun siyahılarına salınması məqsədilə işi davam etdirirlər”.

Millət vəkili Rasim Musabəyov da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şəki şəhərinin UNESCO tərəfindən dünya mədəni irsinin vacib elementi kimi qəbul edilməsində rolunu vurğulayıb:

"İlham Əliyev və Mehriban Əliyeva Şəkinin Ümumdünya İrs Siyahısında layiqli yer tutmasında xeyli əmək sərf ediblər. Axı, onların daimi maliyyə, inzibati, siyasi dəstəyi olmadan Şəkini belə əlamətdar hadisəyə hazırlamaq mümkün olmazdı. Nəzərə almaq lazımdır ki, obyektlər UNESCO-nun ciddi tələblərinə uyğun olmalıdır”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.