SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Bakıda qumarxana işlədənlər azadlıqda - Dövlət ittihamçısı narazıdır
CƏMİYYƏT 10:48 / 12.07.2019

Nəsimi Rayon Məhkəməsində Bakıda qumar oyunları təşkil etməkdə təqsirləndirilən Elçin Quliyev və Rüfət Yüzbaşovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az-ın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib və onlar azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

Protestə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakının Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən mənzillərdən birində "Texas Holdem Poker” adlı kart qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətin əsas təşkilatçıları - paytaxt sakinləri - E.Quliyev və R.Yüzbaşov, həmçinin orada qumar oynayan daha 8 nəfər polis əməkdaşı tərəfindən saxlanılıblar.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.