SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
19 Iyul 2019
21 aydır Türkiyədə gəmidə qaldığı deyilən azərbaycanlıdan xəbər var
SİYASƏT 18:00 / 12.07.2019

Sosial şəbəkələrdə Zakir adlı azərbaycanlının Türkiyədə 21 aydır gəmidə qalması barədə məlumat yayılıb.

İddia olunur ki, həmin şəxs "Twitter” hesabında azərbaycanlı olduğunu, 21 aydır Haydarpaşa limanında "Alize” adlı gəmidə qaldığını yazıb. O, gəmi sahibindən pul və yemək də ala bilmədiyini, pasportunun polis tərəfindən əlindən alındığını deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı Regioninfo.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar yalnışdır:

Sosial şəbəkələrdə Türkiyədəki soydaşımızla bağlı yayılan məlumata dair qeyd etmək istərdik ki, sözügedən şəxs - Zakir Mikayıl oğlu Məmmədov Azərbaycanın İstanbuldakı Baş konsulluğu ilə əlaqə saxlayaraq onun haqqında sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini və şəxsən sosial şəbəkələrdən istifadə etmədiyini bildirib.

Baş konsulluğumuz sözügedən şəxslə bundan öncə bir neçə dəfə təmasda olub və ona ölkəyə qayıtmaqla bağlı yardım təklif edilib. Baş konsulluq bundan sonra da vətəndaşımıza ölkəyə qayıdışla bağlımüvafiq yardım göstərməyə hazırdır”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.