SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
“Facebook” təslim oldu – 5 mlrd dollarlıq cərimə gözlənilir
CƏMİYYƏT 13:36 / 13.07.2019
ABŞ-ın Federal Ticarət Komissiyası istifadəçilərin məlumatlarının sızdırılması ətrafında aparılan araşdırma ilə əlaqədar "Facebook” rəhbərliyi ilə razılığa gəlib. Sazişə əsasən, sosial şəbəkə 5 mlrd dollar məbləğində cərimə ödəməlidir.

Bu barədə "Reuters” mənbəyə əsasən məlumat verir.

Bildirilir ki, sazişdə "Facebook”un istifadəçilərin məlumatlar bazası ilə işi üzrə bəzi məhdudiyyətlər də qeyd olunub.

Agentliyin məlumatına əsasən, ABŞ Ədliyyə Nazirliyi sazişə müsbət rəy verdiyi təqdirdə, bu, komissiyanın bütün tarixi boyu ən böyük cəriməsi olacaq.

Xatırladaq ki, 2018-ci ildə "Facebook”un "Cambridge Analytica” şirkəti üzərindən 87 mln istifadəçinin məlumatlarını sızdırdığı bəlli olduqdan sonra sosial şəbəkə qalmaqal mərkəzində olmuşdu.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.